ABŞ səfirliyi idmançılarımızı təbrik etdi

ABŞ səfirliyi idmançılarımızı təbrik etdi
Dünya 03 Sentyabr 2024 20:55

ABŞ səfirliyi Paralimpiya Oyunlarında medal qazanan Azərbaycan idmançılarını təbrik edib.

Sitat.info xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin sosial şəbəkə hesablarında paylaşım edilib.

"Azərbaycan idmançıları Səid Nəcəfzadə, İmaməddin Xəlilov, Raman Saley və Sabir Zeynalovu Paralimpiya Oyunlarında medal qazandıqlarına görə təbrik edirik!" - paylaşımda vurğulanıb.