Polşa Prezidenti Kiyevə səfər edib

Polşa Prezidenti Kiyevə səfər edib
Dünya 24 Avqust 2024 17:13

Polşa Prezidenti Andjey Duda Ukraynaya elan olunmamış səfərə gəlib.

"Report" xəbər verir ki, bu barədə Polşa liderinin dəftərxanası məlumat yayıb.

Qeyd olunub ki, A.Duda Ukraynanın müstəqilliyinin 33-cü ildönümünə həsr olunmuş təntənəli tədbirlərdə iştirak etmək niyyətindədir.

Xatırladaq ki, ötən gün Hindistanın Baş naziri Narendra Modi də Kiyevə gəlib.