Türkiyə ordusu 7 PKK-çını məhv etdi

Türkiyə ordusu 7 PKK-çını məhv etdi
Dünya 24 Aprel 2022 12:55

Türkiyə ordusu 7 PKK/YPG terrorçusunu zərərsizləşdirib.

Sitat.info xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi bəyanat yayıb.

"Suriyanın şimalında hücuma cəhd edən terrorçuları xəndəklərdə basdırmağa davam edirik. "Fərat Qalxanı" və "Zeytun Budağı" bölgələrində daha 7 PKK/YPG terrorçusu komandolarımızın uğurlu müdaxiləsi ilə zərərsizləşdirilib", - bəyanatda qeyd olunub.

/Axar.az