Livana aviazərbələr endirildi, 9 ölü

Livana aviazərbələr endirildi, 9 ölü
Dünya 17 Avqust 2024 10:58

İsrailin Müdafiə Ordusu Livanın cənubunda “Hizbullah” hərəkatının silah anbarına aviazərbələr endirib.

Sitat.info xəbər verir ki, bu barədə məlumatı İsrail ordusunun Mətbuat xidməti yayıb. 

Bildirilir ki, hadisə Nəbatiyə şəhəri yaxınlığında baş verib. 

Bununla yanaşı, Livanın cənubunda bir neçə bölgəyə artilleriya ilə zərbələr endirildiyi də qeyd olunub. 

Livanın Səhiyyə Nazirliyi isə hücumlar nəticəsində 9 nəfərin öldüyünü, daha 5 nəfərin isə yaralandığını açıqlayıb.