Kurskda Ukrayna hərbçiləri ruslara təslim oldu

Kurskda Ukrayna hərbçiləri ruslara təslim oldu
Dünya 17 Avqust 2024 10:14

Ukrayna Ordusunun 22-ci Mexaniki Briqadasının 24 nəfərdən ibarət bölüyünün şəxsi heyəti səhər saatlarında Rusiya tərəfinə təslim olub.

Sitat.info xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.

Bildirilib ki, Kursk vilayətinin Komarovka rayonu ərazisindəUkrayna hərbçiləri silahlarını yerə ataraq rusiyalı hərbçilərin mövqelərinə yaxınlaşıb və təslim olduqlarını açıqlayıblar.