Fransada ikinci tur: Makron – Le Pen mübarizəsi başladı

Fransada ikinci tur: Makron – Le Pen mübarizəsi başladı
Dünya 24 Aprel 2022 11:27

Bu gün Fransada prezident seçkilərinin ikinci turunda səsvermə başlayıb.

Sitat.info xəbər verir ki, səsvermə Paris vaxtı ilə saat 08:00-da (Bakı vaxtı ilə 10:00) başlayıb.

İkinci turda iki namizəd – indiki Prezident Emmanuel Makron və Milli Birlik Partiyasının sədri, ultrasağçı Marin Le Pen mübarizə aparacaq.

Qeyd edək ki, Fransada 10 apreldə keçirilən prezident seçkilərində Makron 27,8%, Le Pen isə 23,15% səslə ikinci tura keçiblər.

Axar.az