Çanaqqalada meşə yanğınları başlayıb - Video

Çanaqqalada meşə yanğınları başlayıb - Video
Dünya 15 Avqust 2024 15:06

Türkiyənin Çanaqqala vilayətinin Eceabat rayonunun Büyükanafarta kəndi yaxınlığında meşə yanğınları başlayıb.

Anadolu Agentliyi xəbər verir ki, hadisə yerinə yanğınsöndürənlər cəlb edilib. Hazırda yanğını nəzarət altına almaq üçün havadan və qurudan söndürmə işləri aparılır.

Çanaqqala döyüşünün olduğu tarixi Gelibolu Yarımadasındakı 57-ci Alay Şəhidliyi və Conkbayırı bölgəsi müvəqqəti olaraq ziyarətçilərə bağlanıb.

Yanğının başvermə səbəbi açıqlanmayıb.