Fransada iki hərbi təyyarə qəzaya uğrayıb

Fransada iki hərbi təyyarə qəzaya uğrayıb
Dünya 14 Avqust 2024 16:45

Fransanın Mert və Mozel departamentində iki hərbi "Mirage" təyyarəsi qəzaya uğrayıb.

Sitat.info verdiyi məlumata görə, bu barədə "L'Est Republicain" qəzeti yazır.

Hazırda Fransa xilasetmə xidmətləri jandarmalarla birlikdə pilotların axtarışını aparırlar.

Xilasetmə qrupları artıq pilotlardan birini tapıblar. Onun yaralandığı, huşunun özündə olduğu qeyd edilir.

Nəşrin məlumatına görə, iki təyyarənin göyərtəsində ümumilikdə üç nəfər ola bilərdi.