Moskvada ticarət mərkəzi yandı -VİDEO

Moskvada ticarət mərkəzi yandı -VİDEO
Dünya 14 Avqust 2024 11:39

Moskvanın Leninski prospektində yerləşən RİO ticarət mərkəzinin binası yanıb.

Sitat.info xəbər verir ki, bu barədə TASS Rusiya Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat yayıb.

Yanğınsöndürənlər Moskvanın cənub-qərbindəki RİO ticarət mərkəzində baş verən yanğını tamamilə söndürüblər. Hadisə zamanı ölən və yaralananlar barəsində hələlik məlumat yoxdur.