Ukrayna Rusiyanın 3 regionuna hücum etdi

Ukrayna Rusiyanın 3 regionuna hücum etdi
Dünya 12 Avqust 2024 10:29

Ötən gecə hava hücumundan müdafiə sistemləri Rusiyanın üç regionu üzərində Ukraynaya məxsus 18 ədəd PUA vurub.

Sitat.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Növbətçi hava hücumundan müdafiə sistemləri 18 ədəd PUA vurub: 11-i Kursk, 5-i Belqorod, 2-si isə Voronej bölgəsində”, - məlumatda bildirilib.