Rusiya Donetskdə supermarketi vurdu: Ölənlər və yaralananlar var

Rusiya  Donetskdə supermarketi vurdu: Ölənlər və yaralananlar var
Dünya 09 Avqust 2024 15:17

Rusiya Ukraynanın Donetsk vilayətində Kostyantinivka şəhərində mağazanı vurub, ölənlər və yaralananlar var.

Sitat.info xəbər verir ki, bu barədə Donetsk hərbi administrasiyasının rəhbəri Vadim Filaşkin "Telegram" hesabında məlumat verib.

Onun sözlərinə görə, Rusiya qüvvələri Kostyantinivka şəhərində böyük supermarketi artilleriya ilə vurub.

Ukrayna XİN-dən bildirilib ki, ilkin məlumata görə, ən azı 4 nəfər ölüb, 24 nəfər yaralanıb./ APA