4,4 mindən çox yük maşını Rusiya-Gürcüstan sərhədində gözləyir

4,4 mindən çox yük maşını Rusiya-Gürcüstan sərhədində gözləyir
Dünya 07 Avqust 2024 13:19

4,4 mindən çox yük maşını "Yuxarı Lars" keçid məntəqəsindən keçmək üçün gözləyir.

Sitat.info xəbər verir ki, bu barədə Şimali Osetiya Respublikasının Yol Hərəkətinin Təşkili Mərkəzi məlumat yayıb.

Rusiya tərəfdən ümumilikdə 4 419 qoşqu Gürcüstana girişi gözləyir.

Qeyd edək ki, Gürcüstan-Rusiya sərhədinə gedən yolda nəqliyyatın hərəkəti sərbəstdir. "Yuxarı Lars" keçid məntəqəsində parkinq yeri çatışmazlığı səbəbindən növbə yaranıb.