Türkiyədə yanğınsöndürən helikopter gölə düşdü

Türkiyədə yanğınsöndürən helikopter gölə düşdü
Dünya 02 Avqust 2024 21:05

Türkiyənin Adana vilayətində meşə yanğınları ilə mübarizə aparan helikopter gölə düşüb.

Sitat.info  xəbər verir ki, bu barədə “TRT haber” məlumat yayıb.

Rayon başçısı Yavuz Köşgər qeyd edib ki, təyyarənin düşməsi nəticəsində xəsarət alan olmayıb.

“Helikopter meşə yanğınlarını söndürmək üçün su götürərkən Qızlarsekisi rayonunda gölə düşüb. Beş ekipaj üzvünü xilas etmək mümkün olsa da, helikopter batıb”, - deyə o bildirib.