Məsud Pezeşkian and içdi

Məsud Pezeşkian and içdi
Dünya 30 İyul 2024 17:15

İranın yeni seçilən Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimi Tehranda parlamentin binasında keçirilib.

Sitat.info xəbər verir ki, təntənəli andiçmə mərasimində 80 dövlətdən rəsmi qonaqlar iştirak edib.

İran konstitusiyasının 121-ci maddəsinə əsasən, Məsud Pezeşkian parlament üzvləri, Konstitusiya Keşikçiləri Şurasının üzvləri və məhkəmə hakimiyyəti başçısını qarşısında and içib.