Polşa Ukrayna üçün sursat alışına 50 milyon avro ayırdı

Polşa Ukrayna üçün sursat alışına 50 milyon avro ayırdı
Dünya 29 İyul 2024 17:53

Polşa Çexiyanın Ukrayna üçün artilleriya sursatının alınması təşəbbüsünə töhfə olaraq 50 milyon avro ayırıb.

Sitat.info xarici mediaya istinadən xəbər verir ki, bu barədə respublikanın Xarici İşlər Nazirliyinin rəhbəri Radoslav Sikorski “Visegrad Insight” jurnalına müsahibəsində bildirib.

“Biz Çexiyanın 50 milyon avro ayırdığımız sursat təşəbbüsünü yüksək qiymətləndiririk”, - o qeyd edib.