Gürcüstanda zəlzələ baş verib

Gürcüstanda zəlzələ baş verib
Dünya 27 İyul 2024 12:27

Gürcüstanın qərbindəki Sameqrelo - Zemo Svaneti bölgəsinin Çxorotsku qəsəbəsi yaxınlığında 4,3 bal gücündə zəlzələ baş verib.

Sitat.info xəbər verir ki, bu barədə Gürcüstan Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri Çxorotskudan 13 kilometr şimal-şərqdə, Taya kəndindən üç kilometr aralıda yerləşib.

Tələfat və dağıntılar barədə məlumat verilmir.