Türkiyə ordusu İraqda terrorçuları məhv etdi

Türkiyə ordusu İraqda terrorçuları məhv etdi
Dünya 25 İyul 2024 13:59

Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında yerləşən PKK/KCK terror təşkilatlarının bazalarına zərbələr endirib.

Sitat.info xəbər verir ki, bu barədə Milli İstehbarat Təşkilatına yaxın mənbələr məlumat yayıb.

Hava zərbələri nəticəsində “Raman Renas” ləqəbli İrfan Zəndi və “Mikai Cəngavər” ləqəbli Hidayət Rəsuli adlı iki terrorçu da məhv edilib.