SEPAH Körfəzdə neft tankerini ələ keçirdi

SEPAH Körfəzdə neft tankerini ələ keçirdi
Dünya 23 İyul 2024 12:02

SEPAH Fars körfəzində Toqo bayrağı altında üzən və 1500 ton neft daşıyan tankeri ələ keçirib.

Sitat.info xəbər verir ki, bu barədə Britaniyanın “Ambri” dəniz mühafizəsi şirkəti məlumat yayıb.

Bildirilib ki, Buşəhr limanı yaxınlığında ələ keçirilən tanker Birləşmiş Ərəb Əmirliklərinə aiddir.