Qəzzada son sutkada 81 mülki şəxs həyatını itirdi

Qəzzada son sutkada 81 mülki şəxs həyatını itirdi
Dünya 18 İyul 2024 10:39

İsrailin Qəzza zolağının mərkəzinə endirdiyi zərbələr nəticəsində son 24 saat ərzində ən azı 81 fələstinli həlak olub.

Sitat.info xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı məlumat verib.

Qeyd olunub ki, hərbçilərin hədəfi Fələstinli qaçqınlara yardım və işlərin təşkili üzrə BMT-nin Yaxın Şərq Agentliyinin yaşayış binaları və müvəqqəti yerləşdirmə mərkəzləri olub.

İsrail tərəfi məlumatı şərh etməyib.