Çində ticarət mərkəzində baş verən yanğında 6 nəfər ölüb

Çində ticarət mərkəzində baş verən yanğında 6 nəfər ölüb
Dünya 17 İyul 2024 21:43

Çin Xalq Respublikasının Sıçuan əyalətinin Ziqonq şəhərində yerləşən ticarət mərkəzlərinin birində yanğın başlayıb.

“Report” xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Qeyd olunub ki, yanğın nəticəsində 6 nəfər ölüb. Binanın 4 mərtəbəsini əhatə edən alovun qarşısını almaq üçün əraziyə xeyli sayda yanğınsöndürən briqadası cəlb edilib.

Hazırda axtarış-xilasetmə əməliyyatı davam edir.