Pakistanda zəlzələ oldu

Pakistanda zəlzələ oldu
Dünya 15 İyul 2024 09:26

Pakistanda 5 bal gücündə zəlzələ baş verib.

Sitat.info xəbər verir ki, bu barədə məlumatı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi yayıb. 

Yeraltı təkanların episentrinin Dera-Qazi-Xan şəhərindən 134 kilometr qərbdə yerləşdiyi bildirilib. Sözügedən şəhərdə 236 min sakinin yaşadığı qeyd olunub. 

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.