Türkiyə hərbçiləri İraqda 11 terrorçunu öldürüb

Türkiyə hərbçiləri İraqda 11 terrorçunu öldürüb
Dünya 13 İyul 2024 14:36

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında PKK terror qruplaşmasının 11 üzvünü öldürüb.

Sitat.info xəbər verir ki, məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, terrorçular İraqın şimalında Hakurk və Gara bölgələrində aşkarlanaraq zərərsizləşdirilib.

Onların Türkiyəyə və onun hərbçilərinə qarşı müxtəlif silahlı hücumlarda iştirak etdikləri qeyd olunub.