ABŞ İranı təkzib etdi: Heç bir danışıq aparılmır

ABŞ İranı təkzib etdi: Heç bir danışıq aparılmır
Dünya 12 İyul 2024 11:33

ABŞ nə nüvə razılaşmasının bərpası, nə də digər məsələ ilə bağlı İranla danışıqlar aparır.

Sitat.info xəbər verir ki, bunu Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə koordinatoru Con Kirbi deyib.

Qeyd edək ki, ötən gün əvvəl İranın xarici işlər naziri əvəzi Əli Bagiri Kani Oman vasitəsilə ABŞ-la gizli danışıqlar aparıldığını və irəliləyiş əldə olunduğunu deyib.