Kanada 5 iranlı diplomatı ölkədən qovur

Kanada 5 iranlı diplomatı ölkədən qovur
Dünya 03 İyul 2024 11:40

Kanada hökuməti bundan əvvəl İranda yüksək hökumət vəzifəsi tutan 5 diplomatın ölkədən çıxarılması üçün hazırlıq görür.

Sitat.info xəbər verir ki, bu barədə Kanada Sərhəd Xidməti Agentliyi məlumat yayıb.

Bildirilib ki, agentlik diplomatların deportasiyası üçün ölkənin Mühacir və Qaçqınlar Departamentindən dinləmələr keçirməyi tələb edib.