Livan İsrailə tank əleyhinə raket atdı

Livan İsrailə tank əleyhinə raket atdı
Dünya 28 İyun 2024 20:33

Livan ərazisindən İsrailin şimalına tank əleyhinə raketlər atılıb.

Sitat.info xəbər verir ki, bu barədə İsrail ordusunun (ÇAXAL) məlumatında deyilir.

"Bu gün səhər saatlarında Livandan Qərbi Qaliley bölgəsinə bir neçə tank əleyhinə raket atılıb. Tələfat barədə məlumat verilməyib", - məlumatda bildirilir.

Bundan əlavə, ÇAXAL-ın hava hücumundan müdafiə sisteminin Livandan gələn iki şübhəli hava hədəfini uğurla ələ keçirdiyi də qeyd edilib.