Türkiyə Kiyev və Moskvaya çağırış etdi

Türkiyə Kiyev və Moskvaya çağırış etdi
Dünya 25 İyun 2024 16:45

Ankara Ukraynadakı münaqişə tərəflərini danışıqlar prosesinə başlamağa çağırır.

Axar.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada çexiyalı həmkarı ilə birgə mətbuat konfransında deyib.

“Bu münaqişədə 500 mindən çox insan həlak olub. Türkiyə tərəfləri danışıqlar prosesinə başlamağa çağırır, çünki münaqişənin Ukrayna hüdudlarından kənara yayılma və nüvə toqquşması riski var”, - o bildirib.