Yeni Kaledoniyada növbəti etiraz dalğası başladı

Yeni Kaledoniyada növbəti etiraz dalğası başladı
Dünya 24 İyun 2024 20:36

Yeni Kaledoniyada müstəqillik tərəfdarlarının lideri Kristian Teynanın Fransaya ekstradisiyasından sonra etirazların yeni dalğası başlayıb.

Sitat.info xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, iyunun 24-də Teynanın Fransaya ekstradisiyasından sonra müstəqillik tərəfdarları polis maşınlarını yandırıb və yolları bağlayıblar.