ABŞ səfiri Rusiya XİN-ə çağırıldı

ABŞ səfiri Rusiya XİN-ə çağırıldı
Dünya 24 İyun 2024 16:43

ABŞ-ın Moskvadakı səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Sitat.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Səfirə demarş verilib.

"ABŞ-ın Kiyevin Rusiya ərazisinə endirdiyi zərbələri təşviq etməsi ilə əlaqədar Rusiya Federasiyası cavab tədbirləri görəcək. Amerika səfirinə bildirilib ki, ABŞ faktiki olaraq münaqişə tərəfinə çevrilib, Ukrayna Silahlı Qüvvələrini Rusiyaya hücum üçün istifadə olunan silahlarla təchiz edib", - Rusiya XİN-in məlumatında belə deyilir.