Kanada vətəndaşlarını İrandan çıxmağa çağırdı

Kanada vətəndaşlarını İrandan çıxmağa çağırdı
Dünya 20 İyun 2024 13:53

Kanada vətəndaşlarına çağırış edərək, onlardan qəti şəkildə İrana səfər etməməyi istəyib.

Sitat.info xəbər verir ki, bu barədə Kanadanın xarici işlər naziri Melani Coli məlumat yayıb.

O, bununla yanaşı hazırda İranda olan kanadalıları da bu ölkəni tərk etməyə çağırıb.

Bu çağırış Kanada Federal Dövlətinin SEPAH-ı terrorçu təşkilatlar siyahısına salmasından sonra edilib.