Kim Çendən Ukrayna savaşı ilə bağlı açıq mövqe

Kim Çendən Ukrayna savaşı ilə bağlı açıq mövqe
Dünya 19 İyun 2024 14:28

Biz Ukraynada suverenliyi, təhlükəsizlik maraqlarını, eləcə də ərazi bütövlüyünü qorumaq üçün xüsusi hərbi əməliyyat keçirən Rusiya hökuməti, ordusu və xalqı ilə dəstək və həmrəy olduğumuzu bildiririk.

Sitat.info xəbər verir ki, bu sözləri Şimali Koreya lideri Kim Çen İn Pxenyanda Rusiya Prezidenti Vladimir Putinlə görüşdə deyib.

O vurğulayıb ki, Koreya Xalq Demokratik Respublikası hökuməti dünyada strateji sabitliyin və tarazlığın qorunmasında güclü Rusiyanın vacibliyini dərk edir.