Peskovdan Stoltenberqin nüvə açıqlamasına reaksiya

Peskovdan Stoltenberqin nüvə açıqlamasına reaksiya
Dünya 17 İyun 2024 15:50

NATO Baş katibi Yens Stoltenberqin daha çox nüvə silahının yerləşdirilməsi ilə bağlı açıqlamaları eskalasiyadır.

Axar.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

“Bu, nüvə silahından hər hansı təhdid və ya istifadənin qəbuledilməz olduğunu bildirən Ukrayna Konfransının kommünikesinə zidd görünür”, - Peskov bildirib.