Peruda güclü zəlzələ olub

Peruda güclü zəlzələ olub
Dünya 17 İyun 2024 10:13

Perunun Karaveli şəhərində 6 bal gücündə zəlzələ olub.

Sitat.info xəbər verir ki, zəlzələ ocağı yerin 19 kilometr dərinliyində yerləşib.

Zəlzələdən sonra Panamerika magistralının bəzi hissələrində torpaq sürüşməsinin olduğu bildirilib.

Təbii fəlakət nəticəsində bir məktəbə ziyan dəyib, ölən və xəsarət alanların olmadığı deyilir.