Gəmi batdı, 271 sərnişindən xəbər yoxdur

Gəmi batdı, 271 sərnişindən xəbər yoxdur
Dünya 15 İyun 2024 16:30

Konqo Demokratik Respublikasında 271 sərnişini daşıyan gəmi batıb.

Sitat.info xəbər verir ki, bu barədə ölkənin daxili işlər və təhlükəsizlik naziri Jakman Şabani deyib.

"Ən azı 271 nəfəri daşıyan “HB la Saintet” gəmisi ölkənin şimalındakı Bolobo bölgəsindəki Lediba yaşayış məntəqəsi yaxınlığında batıb", - nazir bildirib.

Hadisə yerinə istintaq qrupu və xilasedicilər cəlb olunub.

Nazirin sözlərinə görə, “HB la Saintet”in göyərtəsində olan insanların taleyi məlum deyil.