Türkiyədə zəlzələ baş verib

Türkiyədə zəlzələ baş verib
Dünya 14 İyun 2024 10:25

Türkiyənin Kahramanmaraş vilayətində yenidən zəlzələ qeydə alınıb.

Sitat.info xəbər verir ki, bu barədə AFAD-ın rəsmi internet səhifəsində məlumat yayılıb.

Bildirilib ki, vilayətin Göksun rayonunda baş verən yeraltı təkan Rixter şkalası üzrə 3 ballıq maqnituda ilə qiymətləndirilib.

Ocağı yerin 7.1 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.