Hindistanda fabrikdə partlayış olub, ölənlər var

Hindistanda fabrikdə partlayış olub, ölənlər var
Dünya 13 İyun 2024 21:17

Hindistanın qərbindəki Maharaştra ştatının Naqpur şəhəri yaxınlığındakı partlayıcı istehsal edilən zavodda baş verən partlayış nəticəsində azı 6 nəfər ölüb, 3 nəfər yaralanıb.

Sitat.info  xəbər verir ki, bu barədə “The Economic Times” qəzeti məlumat yayıb.

Məlumata görə, partlayış “Chamundi Explosive” şirkətinin qablaşdırma sexində baş verib, ölənlər arasında beş qadın var.

Polis hadisənin səbəblərini araşdırır.