Ərdoğan İspaniyaya gedir: Gündəmdə Qəzza olacaq...

Ərdoğan İspaniyaya gedir: Gündəmdə Qəzza olacaq...
Dünya 12 İyun 2024 12:51

Prezident Ərdoğan sıx diplomatik qrafikini davam etdirir.

Sitat.info xəbər verir ki, Ərdoğan iki günlük rəsmi səfər üçün bu gün İspaniyaya gedəcək.

Ərdoğan təmaslarının ilk günündə İspaniya kralı VI Felipe ilə görüşəcək. Sabah isə o, İspaniyanın baş naziri Pedro Sançeslə görüşəcək.

Gündəmdə Qəzza olacaq

Prezidentin təmaslarında ən mühüm mövzulardan biri Qəzza olacaq. İspaniya mayın 28-də Fələstini rəsmən tanıdığını bəyan edib. Ərdoğan bu qərarı təqdir etdiyini də vurğulayıb.

Ərdoğanın  ispaniyalı həmkarları ilə ətraflı qiymətləndirmələr aparacağı gözlənilir. İsrailin Qəzzaya hücumlarının dayandırılması və bölgədə daimi sülhün təmin edilməsi prioritet mövzulardandır.

Nərgiz,

Sitat.info