Lavrov Çinə təşəkkür etdi

Lavrov Çinə təşəkkür etdi
Dünya 10 İyun 2024 13:06

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Çinin Ukrayna ilə bağlı İsveçrə görüşündə iştirak etməmək qərarına görə bu ölkənin XİN başçısı Van İyə təşəkkür edib.

Sitat.info xəbər verir ki, bu barədə Rusiya XİN-in məlumatında qeyd olunub.

Lavrov həmçinin həmkarı ilə ABŞ-ın regionda anti-Rusiya və Çin əleyhinə bloklar yaratması kontekstində Asiya-Sakit okean regionunda təhlükəsizlik vəziyyətini müzakirə edib.

Qeyd edək ki, nazirlər BRICS sammiti çərçivəsində görüşüblər.