Şimali Koreya Cənubi Koreyaya şar göndərməyə davam edir

Şimali Koreya Cənubi Koreyaya şar göndərməyə davam edir
Dünya 10 İyun 2024 00:41

Şimali Koreya Cənubi Koreya ərazisinə zibillə birlikdə 330-a yaxın şar göndərib, lakin onların bəziləri təyinat yerinə çata bilməyib.

Sitat.info xəbər verir ki, bu barədə Cənubi Koreyanın Yonhap xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, şarların əksəriyyəti dənizə düşüb. Potensial cavabı müzakirə etmək üçün Cənubi Koreya prezidentinin Milli Təhlükəsizlik Şurasının müşaviri Çanq Ho-jinin sədrliyi ilə iclas keçiriləcək.

Qeyd edək ki, mayın 28-dən Şimali Koreya Cənubi Koreyaya siqaret kötükləri, parça, kağız tullantıları və plastik kimi zibil daşıyan 3500-ə yaxın şar göndərib.

Türkan 

Sitat.info

​​​​​​