İranlılar Rəisi ilə “əhd bağlaya” biləcək

İranlılar Rəisi ilə “əhd bağlaya” biləcək
Dünya 07 İyun 2024 18:19

Mayın 19-da helikopter qəzasında ölən İran Prezidenti İbrahim Rəisi ilə bağlı daha bir təbliğat kampaniyası başladılır.

Sitat.info xəbər verir ki, bu barədə Buşəhr əyalətinin İrşad İdarəsinin rəhbəri Əbdülrəhim Əfruq məlumat yayıb.

Onun sözlərinə görə, “İbrahimlə əhd” adlı kampaniya ilk olaraq bu əyalətdə başlayacaq.

“İbrahim Rəisinin əli yuxarıda olan fotosu dayanacaqlar və ictimai yerlərdə quraşdırılacaq. Vətəndaşlar fotoya toxunaraq, onunla əhd bağlayıb, yolunu davam edəcəklərinə söz verəcəklər”, - Əfruq deyib.