Daha iki ölkə Ukrayna ilə bağlı konfransdan imtina etdi

Daha iki ölkə Ukrayna ilə bağlı konfransdan imtina etdi
Dünya 07 İyun 2024 17:15

Nikaraqua və Meksika İsveçrədə Ukrayna ilə bağlı keçiriləcək konfransda iştirak etməyəcək.

Sitat.info xəbər verir ki, bu barədə “İzvestiya” nəşri məlumat yayıb.

Məlumata görə, meksikalı rəsmilər ölkələrinin sülhə sadiq olduğunu və danışıqların tezliklə baş tutacağına ümidvar olduqlarını bildiriblər.

Nikaraqua isə bu konfransı siyasi komediya adlandırıb.