Xersonu buna görə geri qaytara bilmirik – Arestoviç

Xersonu buna görə geri qaytara bilmirik – Arestoviç
Dünya 20 Aprel 2022 09:30

Xersonu rus işğalçılarından azad etmək üçün Ukrayna hərbçilərinin hazırda ağır silahları yoxdur.

Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.

“Biz orada bir az hərəkət edirik, bir az müqavimət göstərməyə çalışırlar. Ümumilikdə orada vəziyyət 55-in 45-ə bizim xeyrimizədir”, - Arestoviç bildirib.

Onun sözlərinə görə, rus işğalçıları Antonovski körpüsünü minaladıqları üçün Xersona hücum əməliyyatı Dnepr çayını keçməklə baş tutacaq.