Rus sərhədçiləri Zəngəzurdan çıxdı

Rus sərhədçiləri Zəngəzurdan çıxdı
Dünya 05 İyun 2024 15:25

Rusiya sərhədçiləri Zəngəzur (Sünik) rayonunun Nerkin Xand kəndini tərk edib.

Axar.az xəbər verir ki, bunu Sünik qubernatoru Robert Qukasyan deyib.

“44 günlük müharibədən sonra hara yerləşdirilmişdilərsə, ordan getdilər, Nerkin Xandan da getdilər. İndi orada rus sərhədçiləri yoxdur”, - o bildirib.