Cəlalabadda türk bayrağı yandırıldı

Cəlalabadda türk bayrağı yandırıldı
Dünya 05 İyun 2024 11:18

Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin əməkdaşları ekstremist təşkilatın üzvü olan və dövlət bayraqlarını yandırmaqda şübhəli bilinən iki nəfəri saxlayıb.

Sitat.info xəbər verir ki, bu barədə komitədən məlumat verilib.

“2024-cü il mayın 29-dan 30-na keçən gecə Cəlalabad vilayətinin Suzak rayonunun Bekabad kəndində Qırğızıstan Respublikasının dövlət bayraqlarının yandırılaraq qəsdən məhv edilməsi və sonradan üzərinə ərəb dilində mətnlər yazılmış ağ bayraqlarla əvəzlənməsi faktı qeydə alınıb. Həmin şəxslərin “Hizb ut-Təhrir” dini ekstremist təşkilatının üzvü olan 19 və 16 yaşlı ölkə vətəndaşları olduqları məlum olub”, - məlumatda deyilir.