Xaçmazda şagird sinif yoldaşını bıçaqladı

Xaçmazda şagird sinif yoldaşını bıçaqladı
HADİSƏ 04 İyun 2024 14:07

Xaçmaz rayonunun Ləcət kənd tam orta məktəbində bıçaqlanma baş verib.

Sitat.info Report-a istinadən xəbər verir ki, məktəbin 11-ci sinif şagirdi Azər Babaşov sinif yoldaşı Daşdəmir Rəhimova bıçaqla çoxsaylı xəsarətlər yetirib.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.