Yaponiyada F-35 qırıcıları qəza enişi edib

Yaponiyada F-35 qırıcıları qəza enişi edib
Dünya 03 İyun 2024 10:40

Yaponiya özünümüdafiə qüvvələrinə məxsus 2 ədəd beşinci nəsil F-35 qırıcısı Aomori prefekturasının aeroportuna qəza enişi edib.

Sitat.info xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.

Agentlik bildirir ki, qəza enişinə səbəb təyyarələrin elektronikasında yaranmış nasazlıqdır. Hadisə nəticəsində xəsarət alan yoxdur.