İran Türkiyəyə buna görə təşəkkür etdi

İran Türkiyəyə buna görə təşəkkür etdi
Dünya 01 İyun 2024 14:16

Prezident İbrahim Rəisinin qəzaya uğradığı helikoperin qalıqlarının tapılmasında göstərdiyi yardıma görə İran Türkiyəyə təşəkkür edib.

Sitat.info xəbər verir ki, bu sözləri Türkiyənin milli müdafiə naziri Yaşar Gülər yerli KİV-ə müsahibəsində bildirib.

Nazir "Hürriyət" qəzetinin əməkdaşının bununla bağlı sualına "İran bizə təşəkkür etdi” deməklə kifayətlənib.

Qeyd edək ki, helikopterin qəzaya uğradığı yeri "Akınçı" PUA-sının tapdığı haqda məlumatı İran Baş Qərargahı hər vəchlə təkzib etməyə çalışır.