Şolz İsraili beynəlxalq hüquqa hörmət etməyə çağırıb
İsrail beynəlxalq qanunlara hörmət etməli və humanitar yardımın Qəzzaya çatmasını təmin etməlidir.
Sitat.info xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolz deyib.
O, HƏMAS-ın əlində hələ də 100-dən çox məhbus olduğunu, İsrail şəhərlərinə raketlər atıldığını və israillilərin təhlükəsiz olmadığını qeyd edib.
Şolz İsrailin mayın 26-da Qəzzada məcburi köçkün fələstinlilərin qaldığı düşərgəyə hücumunu pisləyib:
"Rəfahda faciəvi bir hadisə xəbəri aldıq. Qaçqın düşərgəsinin bombalanması bizi məyus etdi. Nəticədə çox günahsız insan öldürüldü və yaralandı. Bununla bağlı araşdırma aparılmalıdır".
Türkan
Sitat.info