Parisdə fələstinlilərlə həmrəylik nümayişi keçirilib

Parisdə fələstinlilərlə həmrəylik nümayişi keçirilib
Dünya 29 May 2024 01:53

Fransanın paytaxtı Parisin Respublika meydanında Fələstinə dəstək nümayişi keçirilib.

Sitat.info xəbər verir ki, onlar İsrailin mayın 26-da Rəfahda məcburi köçkün düşərgəsini bombalamasına etiraz olaraq nümayiş keçiriblər.

Respublika meydanına toplaşan nümayişçilər fələstinlilərlə həmrəylik nümayiş etdirərək, İsrailin Qəzzaya hücumlarına son qoyulmasını tələb ediblər.

Türkan 

Sitat.info