Rusiyada zəlzələ baş verib

Rusiyada zəlzələ baş verib
Dünya 27 May 2024 09:20

Kamçatkada 4,8 bal gücündə zəlzələ baş verib.

Sitat.info xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin bölgə üzrə Baş İdarəsi bildirib.

Məlumata əsasən, zəlzələnin ocağı 121 km dərinlikdə olub. Zəlzələnin episentri Petropavlovsk-Kamçatski şəhər dairəsindən 112 km cənub-qərbdə, Yelizovski bələdiyyə rayonu ərazisində yerləşib.