ABŞ-nin Texas ştatında fırtına: ölənlər var

ABŞ-nin Texas ştatında fırtına: ölənlər var
Dünya 27 May 2024 01:05

ABŞ-nin Texas ştatında baş verən fırtına nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.

Sitat.info xəbər verir ki, bu barədə ştatın şerifi Rey Sapinqton məlumat yayıb.

Məlumata görə, həyatını itirən 5 nəfərdən 3-ü eyni ailədəndir.

Sapinqton fırtınada çox sayda insanın yaralandığını, xeyli sayda xətlər və evlərə ziyan dəydiyini bildirib.

Axtarış-xilasetmə işləri davam etdirilir.

Türkan

Sitat.info